Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:19

-

ABŞ Senatının daha üç demokrat üzvü İranla nüvə sazişinə dəstəyini bildirib. Beləliklə, avqustun 18-də sazişi dəstəkləyən senatorların sayı 23-ə çatıb. Bu da Prezident Barack Obama-nın respublikaçıların sazişi rədd etmək cəhdlərinə veto qoymaq şansını artırır.

Respublikaçıların üstünlük təşkil etdiyi Senatda veto hüququnu saxlamağa Obamaya azı 34 səs lazımdır.

Nümayəndələr Palatası da respublikaçıların nəzarətindədir. Burada vetonu saxlamaq naminə Obama-ya 146 səs lazımdır. Hələlik 48 demokrat sazişə dəstəyini bildirib.

Sentyabrda hər iki palatanın sazişi rədd edəcəyi gözlənir. Respublikaçılar İranla altı dövlətin əldə etdiyi sənədi pisləyib.

Senat çoxluğunun lideri Mitch McConnell bu günlərdə etiraf edib ki, Obama-nın veto qoymaq üçün yetərli dəstək qazanma şansı böyükdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG