Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:19

-

Melburn dünyada ən yaşamalı şəhərdir. «Economist Intelligence Unit»in dünyanın 140 şəhəri arasında apardığı dəyərləndirmə bunu deməyə əsas verir. Avstraliyanın Melburn şəhərindən sonra Avstriya paytaxtı Vyana, Kanadanın Vankuver şəhəri gəlir.

İlk üç şəhər dəyişməz qalsa da, son bir ildə bir sıra şəhərlərin yaşam balında dəyişikliklər olub. Məsələn, Azərbaycan paytaxtı Bakı 140 şəhər arasında 103-cü yerdədir, orta balı isə 62-dir. Bakı son 5 il ərzində 1.6 bal irəliləyib.

Ümumilikdə isə, son altı ayda 140 şəhərdən 38-nin balında dəyişikliklər baş verib.

Dəyişikliklərdən çoxu mənfi istiqamətdədir, bu da bir sıra şəhərlərdə sabitliyin pozulmasıyla bağlıdır. Belə ki, Ukrayna münaqişəsi səbəbindən Kiyevin indeksi son 5 ildə -25.8 vahid geriləyib. Kiyev 43 balla 132-ci yerdədir.

Dünyada yaşamağa ən pis şəhərlər Tripoli (Liviya), Laqos (Nigeriya), Port-Morsbi (Papua-Yeni Qvineya), Dəkkə (Banqladeş) və Dəməşqdir (Suriya).

Günün bütün mövzuları

XS
SM
MD
LG