Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:28

Yəməndə 400 uşaq öldürülüb


Yəmənli uşaq evinin dağıntıları arasında

Yəmənli uşaq evinin dağıntıları arasında

-

Martın sonundan Yəməndə başlanan münaqişədə 400-dək uşaq öldürülüb. Elə bu sayda da uşaq silahlı qruplara cəlb olunub. Bunu BMT-nin Uşaq Fondu – UNICEF avqustun 18-də bildirib.

UNICEF ilk dəfədir Yəmənlə bağlı həyəcan təbili çalır. Martın sonundan Səudiyyənin rəhbərlik etdiyi koalisiya Yəməndə şiəməzhəb husi yaraqlıları ilə savaşır.

Hesabatda deyilir ki, bir həftə öncəyədək 398 uşaq öldürülmüş, 600-dən çox uşaq yaralanmış, 377 nəfər silahlı qruplaşmalara cəlb olunmuş və 1.3 milyon evindən didərgin düşmüşdü.

“Qəddar silahlı münaqişənin ən böyük zərbəsi uşaqlara dəyir. Onlar bombalar və güllələrdən ölür, qalanlar isə xəstəlik və pis qidalanmadan əziyyət çəkir,” hesabatda deyilir.

Münaqişə nəticəsində ölkədə 4 min 300 nəfər həlak olub, xəstəlik və aclıq yayılıb.

İnsan haqları qrupları hər iki tərəfin müharibə qanunlarını pozduğunu, dinc sakinləri qorumaq üçün gərəkəni etmədiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG