Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:44

Miqrantların sayı rekord həddə çatıb


Avropa İttifaqının sərhədlərinə yığılmış miqrantların sayı iyul ayında rekord həddə - 107 min 500 nəfərə çatıb.

Avropa İttifaqının sərhədlərinə yığılmış miqrantların sayı iyul ayında rekord həddə - 107 min 500 nəfərə çatıb.

Bu, 2008-ci ildən bəri ən yüksək rəqəmdir.

Təkcə Almaniyada sığınacaq istəyən 750 min miqrant var. Onların təkcə Hamburq şəhərindəki sayı 4500 nəfərdir. Ştutqart qubernatoru bildirib kİ, bütün miqrantların yerbəyer edilməsi üçün o hər gün yeni yaşayış binası tikməlidir.

Miqrantlar əsas etibarilə qayıqlarla İtaliya və Yunanıstan sahillərinə çıxır, oradan Qərbi Avropa ölkələrinə keçməyə cəhd göstərirlər.

Müqayisə üçün deyilməlidir ki, 1992-ci ildə, Bosniya böhranı zamanı miqrantların sayı 450 min nəfər idi.

Almaniyadan sonra miqrant böhranından ən çox çətinlik çəkən ikinci ölkə İsveçrədir. 2015-ci ildə bu ölkədən 80 min insanın sığınacaq istəyəcyi gözlənilir.

Fransa və Britaniya Kale şəhərində yığılmış minlərlə miqrantın taleyinə dair sazişi müzakirə edirlər.

XS
SM
MD
LG