Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:49

“Süddeutsche Zeitung” iddia edir ki, Schenker firması rüşvəti gömrük rəsmiyyətinin sürətləndirilməsi məqsədilə ödəyib.

Almaniyanın Köln şəhərinin prokurorluğu və ABŞ-ın Birja və Qiymətli Kağızlar Komissiyası Amerikanın “Ford” və Almaniyanın Schenker şirkətlərinin Sankt Peterburq dəniz portunda rüşvət verdiklərinə dair iddiaları araşdırır.

Bu məlumatı çərşənbə axşamı Münhendə çıxan “Süddeutsche Zeitung” qəzeti yayıb.

Sözü gedən təhqiqat 2013-cü ildən aparılır.

Şübhəlilər qismində bu işə Ford-un iki əməkdaşı, Schenker firmasının 8 işçisi və Rusiyada adı çəkilməyən partnyorun bir nümayəndəsi cəlb olunub.

Almaniya prokurorluğunun şübhələrinə görə, Schenker dəmir yolu ilə yükdaşıma şirkəti Ford-un Sankt Peterburqdakı yığma zavodu üçün yüklərin vaxtında çatdırılması üçün rüşvət ödəyib.

Ford ötən il Rusiya iqtisadiyyatındakı tənəzüllə bağlı Sankt Peterburq zavodundan 700 işçini ixtisar edib.

“Süddeutsche Zeitung” iddia edir ki, Schenker firması rüşvəti gömrük rəsmiyyətinin sürətləndirilməsi məqsədilə ödəyib.

Almaniyanın “Deutsche Bahn” dəmiryol konserni bu iş üzrə adı keçən işçiləri artıq işdən qovduğunu bildirib.

Bu işin Köln prokurorluğu tərəfindən aparılmasına səbəb budur ki, Ford-un Avropa ofisi bu şəhərdə yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG