Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:40

Tayland paytaxtı Banqkokda partlayışı törətməkdə şübhəli bilinən şəxsin videoğörüntüləri açıqlanıb.

Tayland paytaxtı Banqkokda partlayışı törətməkdə şübhəli bilinən şəxsin videoğörüntüləri açıqlanıb.

Təhlükəsizlik kamerasından götürülmüş videoda əynində sarı köynək olan şəxsin bel çantasını Eravan hindu pirində qoyub getdiyi əks edilib.

Bazar ertəsi burada törədilmiş partlayışda azı 20 nəfər həlak olub. Onların yarısı əcnəbilər idi. Daha 120 nəfər yaralanıb.

Çərşənbə axşamı törədilmiş ayrı bir basqında partladıcı qurğu estakadaya atılıb, lakin tələfat olmayıb.

Hindu prirində törədilmiş partlayışda ölən əcnəbilər Çin, Honq Konq, Britaniya, İndoneziya, Malayziya və Sinqapurdan idilər.

Polis hədəfinə “çox yaxındır”

Təhlükəsizlik kamerasının çəkdiyi videoda şübhəli şəxsin belindəki çantanı pirin içərisində açdığı və orada bilərəkdən qoyub getdiyi görünür.

Tayland polisi bildirib ki, şübhəlinin şəxsiyyətinin müəyyən edilməsinə “çox yaxındır”.

Bununla belə polis deyib ki, aktın motivləri bilinmir, videodakı şəxs zahiri görünüşünə görə taylandlı deyil və partlayışın xarakteri bundan əvvəlki aktlarda olduğundan fərqlidir.

Tayland rəhbərliyi bildirir ki, partlayışı törədənlər ölkənin iqtisadiyyatını, turizmi iflasa uğratmağa çalışırlar.

Çərşənbə axşamı atılan partladıcının qumbara olduğu güman edilir. Qurğu suya düşdüyündən və orada partladığından zərbə gücü az olub.

“Müsəlman uyğur izi”

Bəzi analitiklər partlayışı Taylandın cənubundakı müsəlman separatçılığı ilə bağlamağa çalışırlar.

Lakin onlar bunu da qeyd edirlər ki, əvvəllər bu cür partlayışlar sözü gedən üç əyalətdə törədilərdi.

Bir sıra başqa təhlilçilər Çindəki uyğur azlığın adını hallandırırlar. Onlar Taylandın Çindən qaçmış uyğurları Pekinə təslim etməsindən hiddətlidirlər.

Lakin hökumət hazırda bu versiyalardan heç birini rəsmən təhqiqata almayıb.

Bu da vurğulanır ki, beynəlxalq terrorçu təşkilatlar aksiyalar üçün məsuliyyəti dərhal üzərlərinə götürürlər, lakin Tayland aktından sonra belə bir şey baş verməyib.

Eravan piri hindu allahı Brahma ittihaf olunub, lakin buranı hər gün minlərlə buddust də ziyarət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG