Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:25

Türkiyənin Hatay əyalətində İslam Dövləti qrupuna qoşulmaq üçün Suriyaya keçmək istəyən 20 xarici saxlanılıb və ölkələrinə deportasiya ediliblər.

Anadolu agentliyinin məlumatına görə, onların arasında Azərbaycan, Böyük Britaniya, İraq, Çin, Küveyt, Fələstin, Rusiya, İtaliya, Livan və Bolqarıstan vətəndaşları da var.

Bundan əvvəl isə Ankarada daha bir Azərbaycan vətəndaşı saxlanıb.

49 yaşlı Bəkir Qalibovun üzərindən 17 zirehli jilet və tibbi ləvazimatlar aşkar edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG