Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:17

Tayland polisi bazar ertəsi Banqokdakı hindu məbədində partlayış törətməkdə şübhəli bilinən şəxsin fotosunu yayıb.

Partlayış nəticəsində 22 nəfər ölüb,120-dən çox adam yaralanıb.

Videoyazıda naməlum çantalı adamın məbədə yaxınlaşdığı, partlayışdan sonra isə çantasız hadisə yerindən aralandığı görünür.

Polis hələlik onun Tayland vətəndaşı olub-olmamasını aydınlaşdırmayıb.

Bu partlayışda bir neçə nəfərin əli olduğu güman edilir.

Burda bu yaxınlarda 109 uyğurun Taylanddan Çinə deportasiya edilməsi versiyasına da baxılır.

Hakim dairələr təhlükəsialik tədbirlərini gücləndirib, şəhərin küçələrinə 10 mindən artıq polis və əsgər çıxarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG