Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:07

Ermənistan azərbaycanlını buraxacaq


İyulun 23-dən Ermənistanda saxlanılan azərbaycanlı Turqay Mikayılov bir həftəyə evində olacaq.

Bunu APA-ya Gürcüstanın Kvemo Kartli bölgə qubernatoru Paata Khizanishvili deyib: “Bu məsələ ilə bağlı dövlət rəsmiləri ilə danışmışam. Biz heç vaxt istənilən Gürcüstan vətəndaşı, o cümlədən Turqay Mikayılovun diqqətdən kənarda qalması və onların hüquqlarının pozulmasına yol verə bilmərik.

Gürcüstan dövləti öz vətəndaşlarının hüquqlarını müdafiə etməyə hazırdır”.

3 uşaq atası olan Turqay Mikayılov Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndindəndir.

Paata Khizanishvili Mikayılovun ailəsinə baş çəkildiyini və onlara yardım ayrıldığını da bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG