Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:27

Avqustun 18-də Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsialik Şurası ölkələri hava hücumlartından müdafiə qüvvələrinin birgə təlimləri başlayıb.

Bu barədə Rusiyanın müdafiə nazirliyi məlumat yayıb.

Moskva vilayətində keçirilən təlimlərdə 20 hava və raket müdafiə hissəsinin qüvvələri iştitak edib.

Təlimlər sentyabrın 11-dək davam edəcək.

Nazirliyin məlumatına görə təlimlərdə ümumilikdə 1000-dən çox hərbi qulluqçu, zenit-raket sistemləri, qırıcı təyyarələr, hücum vertolyotları və yhərbi-nəqliyyat təyyarələri iştirak edəcək.

Təlimlərin birinci mərhələsi başa çatdırıldıqdan sonra ordu və hərbi texnikalar Rusiyanın Həştərxan regionundakı Aşuluk poliqonuna aparılacaq.

Bu poliqon Ukrayna sərhəddinin təxminən 500 kilometrliyində yerləşir.

Təlimlərdə Rusiya, Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Ermənistanın hərbi qüvvələri iştirak edir.

Digər MDB ölkələrinin hərbçiləri isə təlimlərə müşahidəçi kimi qatılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG