Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:50

Ukrayna prezidenti Petro Poroshenkonun yaxın 2 hftə ərzindəBrüsselə səfəri gözlənilir.

Bu barədə avqustun 18-də Avropa Komissiyası məlumat yayıb.

Səfərdə məqsəd son Vaxtlar Ukraynanın şərqində yenidən gərginləşmiş vəziyyəti müzakirə eləməkdir.

Avropa Komissiyasının sözçüsü Annika Breidhardt konkret tarix göstərməyib, amma səfərin avqustun sonunadək baş tutacağını bildirib.

Son günlər Ukraynanın şərqində vəziyyətin gərginləşdiyi və atışmaların intensivləşdiyi müşahidə olunur.

ATƏT-in müşahidəçiləri buna görə hər iki tərəfi günahlandırır.

Avropa Birliyi gələn ay Rusiyaya qarşı sanksiyalarla bağlı yeni qərar verməlidir.

Avropa Birliyi dəfələrə bəyan edib ki, əgər Rusiya və rusiyapərəst separatçılar Minsk razılşamasının şərtlərinə əməl etməsə Moskvaya qarşı sanksiyalar genişləndirilə bilər.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6500-dən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG