Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:52

Mərkəzi Bank yeni qərarlar verib


Azərbaycan Mərkəzi Bankı avqustun 18-də faiz dərəcələrinin aşağı düşməsini stimullaşdırmaq məqsədilə bir sıra yeni qərarlar qəbul edib

Məqsəd bankların əməliyyat xərclərinin optimallaşmasına dəstək vermək və maliyyə resurslarının maya dəyərinin azaltmaqdır.

Bankın avqustun 18-də yaydığı press-relizdə belə deyilir.

Mərkəzi Bank həmçinin kredit təşkilatlarında korporativ sosial məsuliyyətin artırılması, istehlakçıların maliyyə vəziyyəti, ehtiyac və məqsədlərinə uyğun məhsulların təqdim edilməsinə yönəldilmiş qərarlar qəbul edib.

İdarə Heyətinin qərarına əsasən AZİPS (Real vaxt rejimində banklararası hesablaşmalar sistemi) sistemi vasitəsilə aparılan banklararası ödənişlər üzrə xidmət haqları 2 dəfə azaldılıb.

Bundan başqa , nağd pulun məxarici üzrə tariflərə dəyişikliklər edilib. İri nominallı əskinaslara (50 və 100 manat) tətbiq olunan 0,15% tarif ləğv edilib, nağd pulun gün ərzində ikinci və daha sonrakı mədaxili və məxarici üzrə tariflər 0,05% dərəcəsində müəyyən edilib.

İdarə Heyətinin digər qərarı ilə “Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik” təsdiq edilib.

Metodoloji Rəhbərlikdə kredit təşkilatlarına istehlakçıların aylıq borc yükünün onların gəlirlərinə uyğunluğunu müəyyən etmək, habelə kredit şərtlərinin istehlakçıların ehtiyac və məqsədlərinə uyğunluğunun qiymətləndirilməsi ilə bağlı tövsiyələr verilib. Bütövlükdə, Metodoloji Rəhbərliyin tətbiqi kredit təşkilatlarında məsuliyyətli kreditləşmə, istehlakçılarda isə məsuliyyətli borclanma vərdişlərini inkişaf etdirməklə, əhalinin izafi borclanmasının qarşısının alınmasına xidmət edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG