Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:28

Azərbaycan və Türkiyənin hərbi-hava qüvvələri avqustun 22-də birgə hərbi təlimlərə başlayacaq.

“TurAz Qartalı - 2015” adlı taktiki təlimlər iki ölkə arasındakı illik hərbi əməkdaşlıq planı çərçivəsində keçirilir.

Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərdə 30-dan artıq aviasiya vasitəsi, o cümlədən MiQ-29, F-16 qırıcı, Su-25 hücum, F-4E bombardmançı, C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak edəcək.

Təlimlərdə hərbi-hava qüvvələrinin birgə fəaliyyəti,döyüş imkanlarının uzlaşması, axtarış-xilasetmə əməliyyatları, yerdəki hədəflərin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək.

Təlimlər sentyabrın 18-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG