Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:49

-

«Yağışlı havada bu yoldan keçən nabələdin vəziyyətini təsəvvür etmək mümkün deyil. Bu yol ölüm yoludur. Qazıb töküb gediblər, uzun müddətdir adamlar canını dişinə tutub keçir burdan».

Cəlilabadın Pərdi kəndinin sakinləri narahatdır. Onlar kəndin içərisindən keçən Cəlilabad-Yardımlı yolunun bərbad vəziyyətdə olmasından gileylənirlər.

«Bu yol əvvəldən də qəzalı vəziyyətdə idi. Baxımsız qaldı, bu ilin yanvarında isə tamam çökdü. İndi yolda əməlli-başlı uçurumlar yaranıb. Neçə vaxtdır eşidirik ki, düzəldəcəklər, təmir edəcəklər, hələ də dəyişiklik yoxdur».

NABƏLƏDLƏR ÜÇÜN ÖLÜM YOLU

Kənd sakini Əsəd Fətullayev deyir bunu. O, əkinçiliklə məşğul olur. Məhsul yığılmış yeşiklərlə dolu yük maşınıyla həftədə bir neçə dəfə qonşu rayonlara getmək üçün bu yoldan keçmək məcburiyyətindədir:

«İki dəfə az qalıb maşınım aşsın. Yəni iki dəfə ölümün pəncəsindən qurtarmışam. Bir dəfə yüküm açılıb, bütün məhsullar bu yola dağılıb, zay olub».

Kənd sakinləri deyirlər, yolun kənd ərazisinə düşən hissəsində sürüşmə prosesi getdikcə sürətlənir. Nabələd sürücülər bu yolda tez-tez qəzaya uğrayırlar. Onların dadına kənd adamları çatır və rayon xəstəxanasına çatdırır:

«Gecə vaxtı, ya da yağışlı gündə çuxurlar su ilə dolu olanda, buradan keçən nabələd sürücünün həyatı sual altına düşür. Bu yoldan ya yarımcan çıxacaq, ya da ölü».

ALTERNATİV YOL DA ÇÖKÜB

Sakinlər deyirlər ki, təhlükənin artdığını görən aidiyyəti qurumlar alternativ yol açıblar. İş orasındadır ki, o yol da bir neçə ay ərzində bərbad vəziyyətə düşüb. Hazırda alternativ yol da çökmək üzrədir.

Cəlilabad rayon İcra Hakimiyyətindən bildirilib ki, 2008-ci ildən qəzalı yolun tikintisinə başlanılıb. Lakin yolda torpaq sürüşməsi baş verib. Bu ilin əvvəlində yolun 31-32-ci kilometrliyində 70 metrə qədər məsafə 5 metr dərinlikdə uçub. Təmir işlərinin dayandırılmasının səbəbini isə icra hakimiyyətində də bilən yoxdur. Onu da bildirdilər ki, bu barədə aidiyyəti qurumlar məlumatlandırılıb.

Cəlilabad-Yardımlı yolu nə az, nə çox, düz 30 kəndi birləşdirən yoldur. Bu yolun təhlükəyə çevrilməsi həmin kəndlərdə yaşayanların əkinçilik və heyvandarlıq məşğuliyyətini də əngəlləyib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG