-
Azərbaycanın İrandakı səfirliyi keçən həftə Xəzər dənizində itkin düşmüş balıqçılarla bağlı bu ölkənin XİN-nə müraciət edib.
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Report-a belə deyib.
«Məsələ səfirliyin nəzarətindədir», - H.Hacıyev bildirib.
Ötən həftə Neftçaladan balıq tutmaq üçün Xəzər dənizinə çıxmış 4 balıqçı itkin düşüb. Sonradan onların İranın müvafiq orqanları tərəfindən Xəzərdə tutularaq bu ölkəyə aparıldığı barədə xəbərlər yayılıb.