Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:39

Bələdiyyələr hərraca “su qiymətinə” torpaq çıxartdılar

Əmlak Məsələləri Dövlət Komitəsi ilin əvvəlindən ilk dəfə bələdiyyə torpaqlarının hərraca çıxarılması ilə bağlı elan verib. Torpaqlar bazar qiymətindəın qat-qat aşağı qiymətə təklif olunur.

Komitənin saytnda dərc olunmuş elanda göstərilir ki, Abşeron rayonunun Növxanı bələdiyyəsi ərazisindəki 1200 kvadrat metrlik, sadə dillə desək, 12 sotluq, 3 torpaq sahəsinin hər biri 4464 manata təklif olunur. Torpaq sotu 372 manata satışa çıxarılıb.

Bəs bu qiymət bazarda formalaşmış qiymətlərə uyğundurmu?

BAZARDA TOROAĞIN SOTU 15 MİNƏDİR

Daşınmaz əmlak alqı-satqısı üzrə ixtisaslaşmış yeniemlak.az saytında yerləşdirilmiş elana görə, Novxanı kəndi ərazisində 7 sot torpaq sahəsi ilkin qiymət olaraq (bir qayda olaraq tərəflər qiyməti aşağı salmaq haqda razılığa gəlirlər) 105 min manata, yəni hər sotu 15 min manata satılır. Bu, bələdiyyənin təklif etdiyi qiymətdən 40 dəfə bahadır.

Xırdalan şəhərindəki torpaq sahələrindən biri (daşla hasarlanmış 6 sot torpaq) bazarda 79 500 manata, yəni sotu 13 250 manata təklif olunur. Amma hərracda 3 torpaq sahəsi ilə iştirak edən Xırdalan bələdiyyəsi torpağın bir sotunu 37 dəfə ucuz, yəni orta hesabla 350 manata satışa çıxarıb.

Yerli özünüidarəetmə orqanlarında korrupsiya, xüsusilə torpaqların satılmasında yol verilən qanun pozuntuları ilə bağlı çoxsaylı cinayət işləri var. Bələdiyyələrin büdcəsinin təhlili göstərir ki, onların gəlirlərinin əsas hissəsini 1999-cu ildə mülkiyyətlərinə qəbul etdikləri torpaq sahələrinin satışı təşkil edir.

Sentyabrın 22-də keçiriləcəyi nəzərdə tutulan hərracda satıcı qismində 11 şəhər və rayonda yerləşən 24 bələdiyyə çıxış edir. Cəmi 52 torpaq sahəsi təkilf olunur ki, bunlardan da 3-ü məxsusi olaraq icarə hüququ ilə istifadə oluna bilər.

Torpaq sahəsinə marağı olan şəxslər təkliflərini sentyabr ayının 22-dək, yəni hərrac keçiriləcək günədək təqdim edə bilərlər.

Bələdiyyələr torpaqları əsasən fərdi mənzil tikintisi üçün ayırıblar. Lakin 18 torpaq sahəsindən sahibkarlıq məqsədləri üçün istifadə etmək lar.

HƏRRAC NECƏ KEÇİRİLİR?

Azərbaycanda torpaq hərracları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bu ilin fevralında ləğv edilməmişdən hələ bir qədər əvvəl dayandırılmışdı. DTXK-nın mərkəzləşdirilmiş hərracların təşkili səlahiyyəti ƏMDK-ya verilsə də, prosesin bərpası təxminən altı ay ləngidi.

Torpaq bazarının iştirakçısı olan vasitəçilər, eləcə də bələdiyyə mülkiyyətində olan torpağı almış şəxslər deyirlər ki, 2009-cu ilin aprelindən bəri keçirilən bu hərraclar formal xarakter daşıyır. Bir qayda olaraq hərrac rəqabətsiz keçir və əvvəlcədən məlum olan şəxsin adına rəsmilşdirilir. Bu zaman dəllal tərəfindən “tapılan” şəxs torpağın real dəyərinə yaxın məbləği ödəyir, bələdiyyənin büdcəsinə isə kağızda qeyd olunmuş məbləğ köçürülür.

Arada qalan pulu bələdiyyədə təmsil olunan şəxslər götürürlər. Amma belə deyirlər ki, bələdiyyə sədrləri bu pulu təkbaşına “yemirlər”, ərazi üzrə icra hakimiyyəti orqanı ilə bölüşürlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG