Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:22

-

««Bakıkart»ın üzərindəki yazılar səhvdir və bunu heç kim inkar etmir».

Bunu apa-ya açıqlamasında «Bakı Metropoliteni» QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. O, səhvin aradan qaldırılacağını bildirib: «Növbəti kartın sifarişi zamanı bu səhvlər olmayacaq».

İndiyə qədər artıq 150 minə qədər kart satılıb.

«Bakıkart»ın üzərində «Kartı rəsmi satış məntəqəsindən alınız», «Kart balansını artırmaq üçün rəsmi ödəniş terminallarından istifadə ediniz», «Kartınızı zədələməyiniz» kimi cümlələr yer alır. «Alınız», «ediniz», «zədələməyiniz» kimi ifadələrin işlədilməsinin düzgün olmadığını deyən mütəxəssislər bunu Azərbaycan dilinə hörmətsizlik kimi dəyərləndirir.

Bu ilin avqustundan Azərbaycanda ictimai nəqliyyatda vahid kart sisteminə keçid elan olunub. Bu məqsədlə metropolitendə yeni kartlar satılır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG