Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:05

-

ABŞ prezidenti Barack Obama-nın İran nüvə sazişi məsələsində Konqresdəki respublikaçılarla mübarizədə “uğur qazanma ehtimalı böyükdür”. Bunu Senat çoxluğunun lideri Mitch McConnell avqustun 17-də könülsüz etiraf edib.

Respublikaçıların idarə etdiyi Senatın və Nümayəndələr Palatasının gələn ay birgə qətnamə ilə sazişi rədd edəcəyi gözlənir. Bu arada respublikaçılar sənədi birmənalı şəkildə pisləyib.

Ancaq Obama qətnaməyə veto qoymaqla hədələyib. Bu zaman sual yaranır ki, respublikaçılar vetonu önləmək üçün səslərin üçdə ikisini yığa biləcəkmi.

McConnell Kentucky ştatında biznes liderləri qarşısında çıxışında üstünlük qazanmağın çətinliyindən danışıb.

Veto üçün Obamaya Senat demokratlarından 34-nün səsi lazımdı. 20-si artıq sazişə dəstəyini bildirib. Nümayəndələr Palatasında isə 146 demokratın səsi lazımdır, 48 nəfər sənədi dəstəkləyib.

“Beləliklə onun uğur qazanmaq ehtimalı böyükdür,” McConnell deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG