Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:16

-

Azərbaycanın kabel televiziya operatorları sentyabrın 1-dən baza paketinin qiymətini 10 manat edəcəklər, bununla da vahid tarif tətbiq olunacaq.

“Trend”-in məlumatında deyilir ki, qiyməti artıranlar “B&BTV Communications”, “ATV Plus”, “Smart TV Plus”, “KATV1”, “AileTV” və “Connect” şirkətləridir.

Azərbaycanın telekommunikasiya bazarındakı mənbə xəbər agentliyinə deyib ki, bu yenilik kabel operatorlarının xarici TV-kontent tədarükçüləri ilə qarşılıqlı hesabatlarını dollarda aparması ilə əlaqədardır: “Kabel operatorlarının tarifləri 2006-cı ildən dəyişməyib. Operatorlar tərəfindən baza televiziya paketinə vahid tarifin tətbiq edilməsi məsələsinə çoxdan baxılırdı. Bu, son dərəcə iqtisadi addımdır. Belə ki, kabel operatorları xarici kontenti, həmçinin lazımi texniki avadanlığı dollarla alır”.

Qiymət artımı paketdə dəyişikliklərə də səbəb olacaq. Məsələn, “KATV1” bəzi kanallara dil dəstəyini tətbiq edəcək. Belə ki, bu kanalları ingilis, rus, türk və ispan dillərində izləmək imkanı olacaq. “AileTV” abunəçiləri də eyni imtiyazı qazanacaq.

Bundan başqa, “AileTV”-nin baza paketi 70 faiz dəyişikliyə uğrayacaq. Şirkət hazırda “Aile+” paketindəki ən populyar televiziya kanallarını baza paketə daxil etmək niyyətindədir.

Sentyabrın 1-dən “ATV Plus”, “B&BTV Communications, Connect” operatorlarının baza paketlərində kanalların sayı artırılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG