Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:18

-

Rusiyada haker əməliyyatı nəticəsində əvvəl düşünüldüyündən minlərlə artıq ABŞ vergi ödəyicisinin informasiyası oğurlanıb. Məlumatı ABŞ vergi təhqiqatçıları avqustun 17-də yayıb.

Həssas vergi informasiyası 220 min əlavə adama məxsusdur. İnformasiya Daxili Gəlir Xidmətinin vebsaytından götürülüb. Beləliklə əməliyyat qurbanlarının sayı 334 minə çatıb.

Mütəxəssislərin fikrincə, hakerlər əməliyyatı gəlir əldə etmək məqsədilə həyata keçiriblər. Pul məbləğlərini geri istəyən saxta anketlər hazırlayıblar.

Ümumilikdə nə qədər vəsaitin itirildyi açıqlanmasa da, 2013-cü ildə oğrulara 5.8 milyard dollarlıq vəsaitin ödənildiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG