Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:30

-

Avqustun 17-də İspaniya superkubokunun qalibi müəyyənləşib.

Superkubok uğrunda “Barselona” ilə Bilbaonun "Atletik" klubu mübarizə aparıb.

Oyun heç-heçəylə - 1:1 hesabıyla bitib və superkuboku "Atletik" qazanıb.

Bilbaoda keçirilən ilk matç sürpriz hesabla başa çatmışdı. “Atletik” “Barselona”nı 4:0 hesabı ilə məğlub etmişdi.

Avqustun 17-də keçirilən cavab oyununda isə Lionel Messi 43-cü dəqiqədə hesabı açsa da, Arits Aduris 74-cü dəqiqədə hesabı bərabərləşdirə bilib.

Aduris ilk oyunun da qəhrəmanıydı, “Barselona”nın qapısına vurulan 4 qoldan üçünün müəllifi o idi.

Beləliklə “Atletik” tarixində ikinci dəfə İspaniya superkubokuna sahib çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG