Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:27

Müxalifət Erdoğandan mandat istəyir


Ahmet Davutoğlu
Ahmet Davutoğlu

Türkiyədə AKP-nin Milliyyətçi Hərəkat Partiyası ilə uğursuz danışıqlarından sonra mandatın CHP-yə verilməsi üçün bu partiyanın MHP və HDP tərəfindən dəstəklənməsi zəruridir.

Türkiyədə Milliyyətçi Hərəkat Partiyası (MHP) Recep Tayyib Erdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) ilə koalisiyaya girməkdən imtina etdikdən sonra, hökumət mandatı ona qaytarıla bilər.

CHP mandatı qəbul etməyə hazır olduğunu bildirib.

Beləliklə, baş nazir Ahmet Davutoğlu yeni hökumətin təşkili ilə bağlı yaranmış siyasi düyünü çözə bilməyib.

Ahmet Davutoğlunun Devlet Bahceli ilə danışıqları iflasa uğrayıb
Ahmet Davutoğlunun Devlet Bahceli ilə danışıqları iflasa uğrayıb

MHP ilə koalsiya danışıqlarının iflası Türkiyədə pərakəndə və zəif hökumət kabinetinin təşkil ediləcəyi barədə proqnozları doğrulda bilər.

Erdoğanın AKP partiyası iyunun 7-də keçirilmiş ümumi seçkilərdə ona təkbaşına hökumət qurmaq imkanı verəcək çoxluqdan məhrum olub. Bununla da, 2002-ci ildən bəri ilk dəfə olaraq AKP təkbaşına hökumət təşkil edə bilmir.

Təhlilçilərin fikrincə, belə vəziyyətdə Türkiyədə 1990-cı illərin zəif koalisiyaları zamanı yaranmış kövrək situasiya təkrar oluna bilər.

Koalisya cəhdləri ətrafında yaranmış böhran hazırda ölkəni bürümüş təhlükəsizlik böhranı ilə eyni vaxta təsadüf edir.

MHP lideri Devlet Bahceli ilə danışqılardan sonra Davutoğlu tərəflərin ortaq məxrəcə gələ bilmədiklərini bəyan edib.

Davutoğlunun sözlərindən bəlli olur ki, MHP AKP-nin heç bir şərtini qəbul etməyib.

Biz inanırıq ki, baş nazir Ahmet Davutoğlu demokratik legitimliyə və milli iradəyə ehtiram göstərərək mandatı prezidentə qaytaracaq. Biz gözləyirik ki, prezident mandatı CHP lideri Kemal Kılıcdaroğluna verəcək

O bildirib ki, hazırkı vəziyyət koalisiyanın yaradılmasını mümkünsüz edir və o, yaranmış situasiyanı prezident Erdoğanla müzakirə edəcək.

Ahmet Davutoğlu qeyd edib ki, lazım gələrsə hökumətin təşkili mandatını prezidentə qaytaracaq.

Türkiyə mediası bildirir ki, bu halda Erdoğan müxalif CHP-yə müraciət etməli olacaq.

CHP deyib ki, yeni hökumət təşkil etməyə hazırdır.

“Biz inanırıq ki, baş nazir Ahmet Davutoğlu demokratik legitimliyə və milli iradəyə ehtiram göstərərək mandatı prezidentə qaytaracaq. Biz gözləyirik ki, prezident mandatı CHP lideri Kemal Kılıcdaroğluna verəcək” – deyib CHP sözçüsü Haluk Koç.

Lakin mandatın CHP-yə verilməsi üçün bu partiyanın MHP və HDP tərəfindən dəstəklənməsi zəruridir.

Əksər analitiklər bu qənaətdədirlər ki, hadisələr erkən seçkiyə doğru inkişaf edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG