Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:49

Vəkil Adəm Məmmədov avqustun 17-də "Qəbələ" klubunun həbsdə olan keçmiş kapitanı Cavid Hüseynovla görüşüb.

Bu barədə Report.az saytına vəkilin özü məlumat verib.

Onun sözlərinə görə, Cavid Hüseynov saxlanma şəraitindən narazılıq etməyib: "Cavid Hüseynov dedi ki, onun jurnalist Rasim Əliyevin döyülməsindən xəbəri olmayıb və bu məsələyə aidiyyatı yoxdur. Mən bütün Azərbaycan xalqı qarşısında mühakimə olunmağa hazıram".

Vəkil qeyd edib ki, futbolçu Rasim Əliyev döyüləndən sonra onunla görüşməsindən də danışıb: "O dedi ki, oradakı söhbətlər Rasimin dostunun gözü qarşısında olub. Rasimin dostu da gördü ki, mənim bu məsələdən xəbərim yoxdur".

Jurnalist Rasim Əliyev avqustun 8-də Bakının Bayıl qəsəbəsində bir qrup şəxs tərəfindən amansızcasına döyülüb.

O Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG