Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:26

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq avqustun 17-də REAL Hərəkatının ofisinə baş çəkib, təşkilatın icraçı katibi Ntiq Cəfərli, İdarə Heyətinin üzvləri Altay Göyüşov və Erkin Qədirli ilə görüşüb.

Görüşdə ölkədəki iqtisadi və ictimai-siyasi vəziyyət, qarşıdan gələn parlament seçkiləri, siyasi məhbus problemi, hazırda həbsdə olan REAL Hərəkatının lideri İlqar Məmmədovun vəziyyəti vəölkənin inkişaf perspektivləri müzakirə edilib.

Səfir həmçinin həmin gün Ümid Partiyasının lideri İqbal Ağazadə ilə görüşüb.

Görüş zamanı Azərbaycan və regionlardakı vəziyyət, qarşıdakı parlament seçkiləri və Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilib.

Qeyd edək ki, britaniyalı səfir ötən həftə Müsavat və AXCP liderlərilə də oxşar görüşlər keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG