Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:57

-

«Bəxtiyar Vahabzadə milli dəyərlərimizin mühafizəsi və azərbaycançılığın fövqündə duran sənətkardan idi. O,bütün türk dünyasında sevilir».

Bu sözləri M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyinə həsr olunmuş sərginin açılışında dilə gətirib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, «Bəxtiyar Vahabzadə -90» adlı geniş kitab sərgisibu qurumun təşkilatçılığı ilə avqustun 17-də milli kitabxanada açılıb.

Sərgidə mərhum şairin 200-dən çox şeir kitabı və seçilmiş əsərləri nümayiş olunur.

Xəbərdə vurğulanır ki, sərgidə nümayiş olunan kitablar qonaqlar tərəfindən maraqla qarşılanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG