Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:10

Moskva və Tehran əməkdaşlığı artıracaq


Sergei Lavrov və Mohammad Javad Zarif

Sergei Lavrov və Mohammad Javad Zarif

“Kreml İrana qarşı beynəlxalıq sanksiyaların götürülməsindən sonra Tehranla hərbi-texniki əməkdaşlığı genişləndirmək fikrindədir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergei Lavrov avqustun 17-də Moskvada iranlı həmkarı Javad Zariflə görüşdən sonra deyib.

Rusiya KİV-lərinin məlumatına görə görüşdə Rusiyanın İrana S-300 raket kompleksləri satmasının mümkünlüyü və İranda atom elektrik stansiyalarının tikintisi ilə bağlı yeni müqavilələr müzakirə olunub.

Lavrovla Zarif Suriyadakı vətəndaş müharibəsinin dinc yolla həllində birgə vasitəçilik təşəbbüsünü də müzakirə ediblər.

Hər iki ölkə Suriya prezidenti Bashar al Assadın istefası ilə bağlı çağırışları rədd edir.

ABŞ, Avropa Birliyi, Fars Körfəzi ölkələri və Suriya müxalifəti Assadın hakimiyyətdə qalacağı halda istənilən sülh planını rədd edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG