Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:11

-

Sabiq nazir Əli İnsanov Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasının rəisi Azər Seyidovu məhkəməyə verib.

Bu barədə AzadlıqRadiosuna Əli İnsanovun vəkili Toğrul Babayev məlumat verib. Bildirib ki, artıq şikayət ərizəsini İnzibati İqtisad Məhkəməsinə təqdim ediblər.

Vəkilin dediyinə görə, sabiq nazir daha çox saxlanma şəraitindən və heç bir əsas olmadan cərimə kamerasına (karser) salınmasından şikayətçidir:

«Əli İnsanov heç bir əsas olmadan «karser»ə salınıb və üç gün dözülməz şəraitdə saxlanılıb, ona yetərincə qida verilmir. O, müəyyən olunmuş qida rasionunu ala bilmir».

Keçmiş Səhiyyə naziri, hakim Yeni Azərbaycan Partiyasının rəhbərlərindən biri olmuş Əli İnsanov 2005-ci ildən həbsdədir. O, korrupsiya ittihamı ilə 11 il cəza alıb. 2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi onun ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib.

2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi Əli İnsanov haqqındakı 11 illik həbs qərarını qüvvədə saxlayıb. ​

2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Əli İnsanovun xarici banklarda toplanmış qonorarlarının müsadirə olunması barədə qərar çıxarıb. Keçmiş nazir də həmin qərardan apellyasiya şikayəti verib.

Eyni zamanda, apellyasiya məhkəməsinə ərizə ilə müraciət edərək, özünün prosesdə iştirak etmək istəmədiyini bildirib. Bunu əvvəllər də Bakı Apellyasiya Məhkəməsində işinə baxılarkən şüşə kabinəyə salınaraq, danışmağa imkan verilməməsi ilə izah edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG