Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:41

AzadlıqLive - Ramiz Mehdiyev:"rəngli inqilab təhlükədir"

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izlə


16:51 19.8.2015

Startfor yazır ki, Qafqazda mühüm dəyişikliklər olacaq

Stratfor Araşdırmalar mərkəzi: "Bütün bunlar Qafqazda tezliklə mühüm dəyişikliklərin baş verəcəyini göstərir". Stratfor Azərbaycan barədə yazır ki, Rusiya üçün "Azərbaycan zəif nöqtə idi".

16:39 19.8.2015

Quran yalançı şahidlik haqda nə deyir?

"Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!” (Ən-Nisa surəsinin 135-ci ayəsi).

“Əbdurrahman ibn Əbu Bəkrəh atasından (Allah ondan razı olsun!) peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) belə buyurduğunu rəvayət etmişdir: ”Günahların ən böyüyünü sizə deyimmi?” Səhabələr: “Bəli, ya rəsulullah!” dedilər. Rəsulullah: “Allaha şərik qoşmaq, valideynlərə asi olmaq” buyurdu. Sonra oturdu və: “Yaxşı eşidin! Bir də yalan yerə şahidlik etməkdir” dedi. Ətraflı burda oxu

12:48 18.8.2015

İP-TV bazarı leqallaşdı

Azərbaycan IP- televiziya (IP-TV) bazarını tamamilə leqallaşdırdı. Bu barədə Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib.

12:43 18.8.2015

Xədicə İsmayılın məhkəməsinə buraxmırlar

Araşdırmaçı jurnalist Xədicə ismayılın məhkəməsidir. AXCP sədrinin müavini Gözəl Bayramlı məhkəməni izləmək istəsə də, zala buraxılmayıb. O, AzadlıqRadiosuna deyib: «Bizə məhkəmə zalına daxil olmağa imkan vermirlər. Bu, sifarişdir, tanıyırlar, bilirlər. Tapşırıblar ki, ictimaiyyət nümayəndələrini məhkəməyə buraxmaq olmaz. İrəli sürdükləri ittihamlara görə narahatdırlar».

Prosesi müşahidə etməyə gələn Norveç səfirliyinin əməkdaşı da Bakı Ağır Cinayətlər Məhkəməsi qarşısında gözləyir. Live bloq

Davamı

XS
SM
MD
LG