Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:38

Şəxsiyyət vəsiqəsinin elektron surətini necə əldə etmək olar?


Şəxsiyyət vəsiqəsi

Şəxsiyyət vəsiqəsi

-

Şəxsiyyət vəsiqələrinin elektron surətlərinin iyul ayı ərzində istifadə sayı bəlli olub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin açıqladığı statistikaya əsasən, ötən ay əhali «Elektron hökumət» portalında olan «Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış» xidmətindən 1738 dəfə yararlanıb.

Vətəndaş portala daxil olaraq «Elektron arayışlar» bölməsində bu xidməti seçir.

Xidmətə daxil olunan zaman sistem istifadəçidən portaldan autentifikasiyadan keçmək tələb edəcək. Bu zaman istifadəçiyə 5 autentifikasiya növü təqdim olunur.

Növbəti mərhələdə artıq sistem öz istifadəçisini identifikasiya etdiyi üçün birbaşa olaraq şəxsiyyət vəsiqəsinin surətini istifadəçiyə təqdim edir. Elektron sənəddə nömrə, verilmə tarixi, vətəndaşın tam adı, doğum tarixi, şəxsiyyət vəsiqəsinin FİN və seriya nömrəsi, sənədi verən orqanın adı, qeydiyyatda olduğu ünvan və s. məlumatlar öz əksini tapır.

Sənədi çap etmək, eləcə də elektron nüsxəni istənilən şəxsə elektron poçtla göndərmək olar.

XS
SM
MD
LG