Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:23

-

Rusiya xarici işlər naziri Sergei Lavrov avqustun 17-də Moskvada iranlı həmkarı Mohammad Javad Zarif-lə görüşəcək.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqlarda İranın nüvə proqramı, eləcə də Suriyada sülhə nail olmaq üçün Rusiya-İran səyləri müzakirə olunacaq.

Birləşmiş Ştatlar, Ərəb Körfəzi ölkələri və Suriyanın mötədil müxalifəti Suriyaya dair Rusiya-İran planını rədd ediblər. Belə ki, plan Prezident Bashar al-Assad-ın hakimiyyətdə qalmasına çağırır.

Təhlilçilərin fikrincə, Moskva yekun İran sazişinə Tehrana raketdən müdafiə sistemləri satmaq və yeni enerji kontraktları əldə etmək şansı kimi baxır. Bu saziş İranın nüvə proqramını məhdudlaşdırması əvəzində Tehrana sanksiyaları qaldırmağı nəzərdə tutur.

Rusiya Xarici işlər nazirinin müavini Sergei Ryabkov ötən həftə bildirib ki, Moskva İrana yer-hava tipli S-300 uzaqmənzilli raket sistemləri satmağa hazırdır. Moskva həmçinin Tehrana sanksiyaların mümkün qədər tez ləğvi üçün işləməyə hazır olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG