Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:56

-

Ukraynanın cənub-şərqindəki Mariupol şəhəri artilleriya atəşinə tutulub. Sakinlər bu döyüşü son 3 ayın ən ağır atışması kimi təsvir edirlər.

Jurnalistlərin məlumatına görə, avqustun 17-də atışma Mariupol-un şərq hissəsindəki hökumət qüvvələri ilə rusiyapərəst separatçıların nəzarətində olan ərazilərdəki artilleriya arasında baş verib. Şəhərdən 5 kilometr şərqdə Sartana kəndində evlər dağılıb. Neft deposuna da ziyan dəydiyi bildirilir.

Son bir həftədə Mariupolda toqquşmalar güclənib. Bu şəhər Rusiya ilə Ukraynanın Krım yarımadasını birləşdirən xəttin üstündədir. Rusiya ötən ilin martında Krımı anneksiya edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG