Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:31

Həbsdə keçən 31-ci doğum günü


-

Avqustun 17-i həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun doğum günüdür.

İnsan Hüquqları Klubunun təsisçisi və 2012-ci ildə «Eurovision» mahnı müsabiqəsi zamanı insan haqları kampaniyasının koordinatoru Rəsul Cəfərov 31 yaşını həbsdə qeyd edir.

O, 2014-cü il avqustun 2-də həbs edilib. Əvvəl Rəsul Cəfərova qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülüb. Sonradan onun işinə mənimsəmə və israf etmə, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamları da əlavə olunub.

Bu il aprelin 16-da Rəsul Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, sonradan Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 3 ay azaldıb. Hüquq müdafiəçisi ittihamları qəbul etmir və həbsini siyasi sifariş sayır. Rəsul Cəfərov «Amnesty International» tərəfindən «vicdan məhbusu» elan edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG