Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:33

-

Dəməşq bazarına hökumət qüvvələrinin hava zərbələrindən əsasən dinc sakinlər olmaqla, azı 82 nəfər həlak olub.

Hökumət Dəməşqin üsyançıların nəzarətində olan hissəsinə hava zərbələri endirib. Bu, ölkədə vətəndaş müharibəsi başlanandan rejimin ən qanlı hücumlarından biri sayılır.

Suriya müxalifətinin Milli Koalisiyasının rəhbəri Khaled Khoja bu hücumları “qırğın” adlandırıb, cəzasız qalmayacağını deyib.

Londonda mənzillənən Suriya İnsan Haqlarını Müşahidə Şurasının məlumatına görə, hücumlarda 250 nəfər yaralanıb.

Qurum bildirir ki, hökumət təyyarələri bazara dörd zərbə endirib və ölənlərdən “çoxu dinc sakinlərdir”.

Bu ayın əvvəlində Nyu Yorkda mənzillənən Amnesty International hüquq-müdafiə təşkilatı prezident Bashar al-Assad hökumətini hərbi cinayətlərdə ittiham edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG