Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:37

-

Pakistanın Puncab vilayətində nazir öldürülüb. İntiharçı nazirin evinin qarşısında özünü partladıb. Rəsmi məlumata görə, Puncabın daxili işlər naziri Shuja Khanzada partlayışda həlak olub. Onun yerli sakinlərlə görüşdüyü otağın damı uçub.

Hücumda azı 11 nəfər həlak olub. Axtarış əməliyyatları davam edir. Dağıntılar altından 25 nəfər sağ çıxarılıb.

Hücuma görə Talibana bağlı Lashkar-e-Islam ekstremist qrupu məsuliyyəti üzərinə götürüb. Qrup gələcəkdə də oxşar hücumlar həyata keçirməyə and içib.

Ancaq rəsmilər Lashkar-e-Islam-ın əvvəllər belə böyük səviyyəli hücum həyata keçirmədiyini qeyd edir. Onların fikrincə, ola bilsin qrup Talibanın və ya qadağan olunmuş Lashkar-e-Jhangvi-nin reallaşdırdığı hücumu öz adına çıxır.

Günün bütün mövzuları

XS
SM
MD
LG