Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:28

-

Avqustun 10-da Xəzərdə itkin düşmüş 4 neftçalalı balıqçı tapılıb.

Bu barədə virtualaz.org-a itkin balıqçılardan birinin qohumu, Neftçala rayon sakini Tanrıverdi Əliyev məlumat verib.

Tanriverdi Əliyev bildirib ki, Neftçala rayonunun Qoltuq kənd sakinləri olan 4 balıqçı sağ-salamatdır:

“Həmin 4 nəfərin ailələrinə verilən məlumata görə, onlar İran İslam Respublikasının Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblarmış və hazırda İrandadırlar”.

Tanriverdi Əliyevin verdiyi məlumata görə, 4 neftçalalı balıqçı avqustun 10-da qanuni sənədləri olan balıqçı qayığında Bakı şəhəri Pirallahı adasından balıq ovlamaq üçün Xəzərə çıxıblar. Elə o vaxtdan da onlardan bir xəbər yoxdur. İtkin düşmüş balıqçıların yaxınları avqustun 12-də FHN-ə müraciət ediblər. Nazirlikdən isə onlara bildirilib ki, Xəzərdə itkin düşmüş balıqçıların tapılması üçün havadan və dənizdən axtarışlar başlanılıb.

XS
SM
MD
LG