Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:08

-

Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 29,54 faiz azalıb.

Məlumatı “Trend” informasiya agentliyi yayıb.

Bildirilir ki, həmin dövr ərzində Azərbaycan 142 ölkə ilə ticarət əməliyyatı aparıb. Hesabata görə, ilk yeddi ay ərzində Azərbaycanın ümumi ticarət dövriyyəsinin həcmi 12,8 milyard dollar təşkil edib.

Xarici ticarət əməliyyatlarında 2,17 milyard dollardan çox müsbət saldo yaranıb. 2014-cü ilk yeddi ayında xarici ticarət əməliyyatlarının profisiti 8,4 milyard dollar olub.

Yanvar-iyul aylarında 7,47 milyard dollar həcmində ixrac əməliyyatları həyata keçirilib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 43,6 faiz azdır.

İxrac əməliyyatlarında dövlət sektorunun payı 6,67 milyard dollar, özəl sektor - 697,6 milyon dollar, fiziki şəxslərin payı isə 108, 8 milyon dollar olub.

2015-ci ilin ilk yeddi ayının nəticəsi üzrə idxal 5,3 milyard dolları ötüb ki, bu da 2014-cü eyni dövründə qeydə alınan göstəricidən 8,61 faiz çoxdur.

İdxal əməliyyatlarında dövlət sektorunun payı 1,03 milyard dollar, özəl sektor - 4,1 milyard dollar, fiziki şəxslərin payı isə 192,4 milyon dollar olub.

2015-cü ilin yanvar-iyul aylarında Azərbaycandan 1912 adda məhsul ixrac edilib, 5666 adda məhsul isə ölkəyə idxal olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG