Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:44

İraqda silsilə hücumlardan 20 nəfər öldürülüb


Noyabrın 20-də İraqda Bağdad, Ramadi və Bakubə şəhərlərində silsilə hücumlardan 20 nəfər öldürülüb. Əvvəllər qaçırılan və işgəncə verilən 25 nəfərin meyiti Dücail şəhərinin küçələrində tapılıb. Bu gün həmçinin iki hökumət rəsmisi sui-qəsd cəhdindən salamat sovuşub.


Bağdaddan verilən başqa bir xəbərdə deyilir ki, ölkənin məşhur komediya ustası Valid Həsəni naməlum yaraqlılar güllələyiblər. Məşhur «Karikatura» şousunun aparıcısı Həsənə paytaxt küçələrində maşınla gedərkən hücum edilib.


XS
SM
MD
LG