Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:38

Ədliyyə Nazirliyinin bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verilib


Prezident İlham Əliyev noyabrın 20-də Ədliyyə Nazirliyinin bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Ölkə başçısının digər sərəncamı ilə isə məhkəmə hakimiyyəti orqanlarında uzun müddət işlədiyinə və hakim vəzifəsini nümunəvi yerinə yetirdiyinə, Azərbaycanda qanunvericiliyin inkişafında xidmətlərinə görə, bir qrup hüquqşünasa «Əməkdar hüquqşünas» adı verilib.
Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə isə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Mansur Ziyad oğlu İbayev «Şöhrət» ordeni ilə təltif edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG