Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:05

- "Yazmaq sənəti" rubrikasında bu həftə amerikalı yazıçı və ssenarist Elmore Leonardın gənc yazıçılara məsləhətlərini təqdim edirik.

Elmore Leonard'ın “Yazmağın 10 qaydası” kitabı aşağıdakı 10 qayda haqda genişləndirilmiş mətndir:

Kitaba heç vaxt havayla başlama

Kitaba heç vaxt havayla başlama. Əgər məqsədin xarakterin (qəhrəmanın) havaya reaksiyasını vermək yox, sadəcə atmosfer yaratmaqdırsa, havadan yazma.

Oxucu insanlar haqqında oxumaq istəyir. İstisnalar var. Əgər sən Barry Lopez olub buzdan, qardan, eskimolardan “Arktik arzular” kitabı kimi bir kitab yazırsansa, istədiyin qədər hava haqda məlumat verə bilərsən.

Önsözdən qaç

Önsözdən qaç. Önsöz bezdirir, usandırır, xüsusən, önsözdən sonra giriş, girişdən sonra proloq da gəlirsə.

Belə şeyləri elmi-kütləvi kitablarda etmək olar. Romanda proloq arxa-hekayədir (backstory).

John Steinbeck'in “Şirin cümə axşamı” əsərində proloq var, amma o proloq ona görə yaxşıdır ki, orda qəhrəman “mənim qaydalarım bunlardır” deyib, qaydalarını sadalayır.

O, deyir: "Kitabda çoxlu söhbəti xoşlayıram, kitabda danışan oğlanın necə göründüyünün mənə deyilməsindənsə xoşum gəlmir. Mən onun necə göründüyünü danışığı əsasında özüm başa düşmək istəyirəm."

Dialoqlarda "dedi"-dən başqa söz işlətmə

Dialoqlarda “dedi”-dən başqa söz işlətmə. Dialoqda deyilən cümlələrin müəllifi xarakterlərdir, “dedi” feli isə yazıçının o deyilənlərə burnunu soxmasıdır.

“Dedi” başqa sözlərə, məsələn, “donquldandı”, “ah çəkdi”, “xəbər verdi”, “yalan danışdı”ya baxanda daha yaxşıdır.

Bir dəfə Mary McCarthy’nin kitabında bir dialoq oxuyurdum, orda bir cümlənin “- o, asservasiya etdi” kimi bitdiyini gördüm, oxumağı dayandırmalı oldum, getdim lüğətə baxmağa.

Zərflər ölümcül səhvdir

“Dedi”ni bəzəmək üçün heç vaxt zərflərdən istifadə etmə. Məsələn, “O, ciddi tənbeh elədi”.

Zərflərdən bu cür istifadə ölümcül səhvdir. Belə zərflər oxucuyla yazıçı arasında mübadiləni pozur, fikri yayındırır. Mənim kitablarımın birində bir xarakter var, bir vaxtlar “zorlama və zərflə dolu” tarixi romanlar yazdığından danışır.

Nida işarələrini nəzarətdə saxla

Nida işarələrini nəzarət altında saxla. Nəsr əsərinin 100000 sözündə iki, ya üç nida işarəsi işlədə bilərsən. Çox yox...

"Qəflətən" kimi sözlər işlətmə

Heç vaxt “qəflətən”, “cəhənnəm qopdu” kimi sözlər işlətmə. Bu qaydanın açıqlamaya da ehtiyacı yoxdur. “Qəflətən” sözündən istifadə edən yazıçılar nida işarələrinə də nəzarəti əldən qaçırırlar.

Regional dialektlərdən istifadə etmək olar, amma dozanı qaçırtma

Dialektlərdən istifadə et, amma müəyyən qədər. Bəzi gənc, naşı yazıçılar elə ki, dialektlərdən istifadə etməyə başladılar, bütün səhifələri belə sözlərlə doldururlar, daha özlərini saxlaya bilmirlər.

Xarakterlərin çox detallı təsvirini vermə

Ernest Hemingway'in "Ağ fillərə bənzər təpələr” əsərində "Amerikalı və onunla gəzən qız" necə görünürlər, deyə bilərsənmi? Onların xarici görünüşləri necədir? "O, papağını çıxarıb stolun üstünə qoydu.” Bu, bütün hekayə boyu xarici görünüşə eyham vuran yeganə cümlədir.

Məkanları və əşyaları da çox detallı təsvir etmə

Məkanları və əşyaları çox detallı təsvir etmə. Yalnız əgər ­Margaret Atwood’sansa və dillə rəsm çəkirsənsə, o başqa məsələ. Təsvirlər hadisələri, hərəkəti, hekayə axarını tormozlamamalıdır.

Oxucuların oxuyanda ötürdükləri hissələri sən də ötür, yazma

Oxucular kitab oxuyanda bəzi hissələri ötürürlər. Çalış, elə hissələr yazma. Özün roman oxuyanda necə yerləri ötürürsən, bəzən içində həddən artıq sözçülük olan iri abzasları oxumadan üstündən keçirsən...

Günün bütün mövzuları

XS
SM
MD
LG