Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:06

Biznes haqda təcrübəyə əsaslanan kitab


«Biznes nə istəyir» kitabı
«Biznes nə istəyir» kitabı

-

«Biznes nə istəyir» kitabı yalnız təcrübi biliklərə əsaslanır, kitabda 100 –dən çox şirkət haqqında nümunə verilir, çox asan və oxunaqlı dildə yazılıb».

Bu, yenicə çapdan çıxmış kitabın üz qabığında yazılıb.

Müəllif Anar Bayramov AzadlıqRadiosuna deyir ki, biznes haqqında Azərbaycan dilində kitab yazmaq onun çoxdankı planı olub: «Düşündüm ki, bu kitabı kiminsə yazmağını gözləməyim, özüm yazım».

Anar Bayramov
Anar Bayramov

Kitab biznes sahəsində çalışan menecerlər, mütəxəssislər,bizneslə maraqlanan şəxslər və tələbələr üçün nəzərdə tutulub.

«Stukaç»​a möhtac olanlar

Məsələn, kitabda insan tipləri və portretlərinin təsnifatı aşağıdakı kimi aparılır: «şirkətin qeyrətini çəkənlər, peşəkar rəhbər portreti, «stukaç»a möhtac olanlar, işçilərlə məsafə saxlayan müdirlər, freelance təfəkkürlü işçilər, ulduzlar».

«Stukaç»a möhtac olan rəhbər işçi haqda müəllif yazır:

«İşçidən «stukaç» kimi istifadə etməyə ehtiyac bilən rəhbər həmin işçini də alçaltmış olur. Həm yaxşı rəhbər olmaq, həm də işçini alçaltmaq mümkün deyil. Ümumiyyətlə, harda «stukaçlıq» işləyirsə, orda hansısa komanda ruhundan, korporativ dəyərlərdən danışma olmaz».

Menecment prosesi bölümündə isə müəllif vaxtın idarə olunması, qərarvermə darboğazı anlayışı haqda danışır, işdən həzzalmaq təhlükəsinin mövcudluğundan söhbət açır, biznesin böyüməsini idarə etmək kimi bilik və bacarıqlar haqda yazır. Kitab 11 bölmədən ibarətdir.

Müəllif Anar Bayramov Dövlət İqtisad Universitetinin MBA proqramında menecment üzrə mühazirələr deyir . O, «Biznes və Menecmentin əsasları» adlı ilk kitabını 2011-ci ildə yazıb.

Müəllifin təcrübi menecment sahəsində 10 il təcrübəsi var: Müller İnteryer, İdea, ORO Mebel, Azgranata şirkətlərində aparıcı vəzifələrdə çalışıb. 2013-2015-ci illərdə əvvəlcə Azgranata Distribution şirkətinin direktoru, daha sonra Azgranata şirkətinin vitse-prezidenti vəzifəsində çalışıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG