Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:53

Göyərtəsində 54 nəfərlə radarlardan yoxa çıxmış təyyarənin qırıntıları Qərbi Papua regionunda aşkar edilib.

Göyərtəsində 54 nəfərlə radarlardan yoxa çıxmış təyyarənin qırıntıları Qərbi Papua regionunda aşkar edilib.

“Trigana Air” şirkətinin Cayapuradan Oksibilə uçan sərnişin təyyarəsi ilə əlaqə yerli vaxtla 14:55-də (Bakı vaxtı ilə 9:55) qırılmışdı.

İndoneziyanın nəqliyyat naziri bildirib ki, qəzaya uğramış təyyarənin qırıntıları Bintanq yüksəklikləri rayonunda aşkar edilib. Bu, təyyarənin mənzil məntəqəsi olan Oksibil hava limanından çox da uzaq deyil.

İlkin məlumata görə qəzadan sağ çıxan olmayıb.

ATR42-300 markalı qoşa turbopərli mühərriki olan təyyarənin göyərtəsində 49 sərnişin olub. Onlardan 5-i uşaqlar və çağalar idi.

Xəbər verilir ki, dağlıq ərazidə yerləşən Oksibil regionu naviqasiya üçün çətin rayon hesab edilir.

Qəzaya pis hava şəraitinin səbəb olduğu təxmin edilir.

Bu təyyarənin axtarışına göndərilmiş başqa bir təyyarə regiondan təhlükəli uçuş şəraiti ilə bağlı geri dönmüşüdü.

“Trigana Air” hava şirkətində yaradıldığı 1991-ci ildən bəri 14 ciddi qəza baş verib və bunlardan 10-da təyyarələr dağılıb.

Bu şirkətin Avropaya uçuşları 2007-ci ildən bəri qadağan edilib.

İndoneziya ötən il iki ağır hava qəzası yaşayıb. Ötən dekabrda AirAsia şirkətinin təyyarəsi Yava dənizinə düşüb, nəticədə 192 nəfər həlak olub.

İyul ayında isə yaşayış massivinə hərbi təyyarənin düşməsi nəticəsində 140 nəfər həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG