Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:47

3 azərbaycanlı qadın “əxlaqsızlığa” görə Pakistandan deportasiya edilib


Pakistanın Dunya News agentliyi daxili işlər naziri Chaudry Nisara-a istinadən xəbər verib ki, azı 10 əcnəbi qadın “əxlaqsız fəaliyyətə” görə Pakistandan deportasya edilib.

Pakistanın Dunya News agentliyi daxili işlər naziri Chaudry Nisara-a istinadən xəbər verib ki, azı 10 əcnəbi qadın “əxlaqsız fəaliyyətə” görə Pakistandan deportasya edilib.

Məlumatda bildirilir ki, qadınlardan 9-u Özbəkitan vətəndaşıdır, üç qadın isə Azərbaycanda axtarışda olub.

Bu da qeyd olunur ki, özbək qadınlar vətənlərinə Dubay, azərbaycanlılar isə Doha vasitəsilə göndəriləcəklər.

Pakistanın Daxili İşlər Nazirliyi bundan əvvəl Qana, Nigeriya və Qırğızıstandan olan qadınları deportasiya edib, daha üç özbək qadın isə həftənin əvvəllərində vətənlərinə göndəriləcək.

Dunya News agentliyi əlavə edir ki, qadınların “əxlaqsız fəaliyyəti”nin nədən ibarət olduğu bəlli deyil.

XS
SM
MD
LG