Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:08

Dəməşqdə bazara hava hücumu: azı 80 nəfər ölüb


Suriyada orduya aid təyyarə paytaxt Dəməşqdə müxaliflərin nəzarətində olan bölgənin bazarına hava hücumi edib.

Ən azı 80 nəfərin öldüyü, 200-dən artıq yaralının olduğu bildirilir. Ölənlərin çoxu mülki şəxslərdir.

Bir neçə gün əvvəl də İdlibdə bazara hava hücumu olmuşdu. Həmin vaxt 30 mülki şəxs həlak olmuşdu.

Şahidlər Associated Press agentliyinə vəziyyətin dəhşətli olduğunu, yaralıları daşımaq üçün təcili yardım maşınlarının çatmadığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG