Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:19

İndoneziyada içərisində 54 nəfərin olduğu təyyarə itib


İndoneziyada içərisində 54 nəfərin olduğu təyyarə Papua bölgəsində radarlardan yoxa çıxıb.

Trigana Air şirkətinə məxsus ATR 42 tipli təyyarə yerli vaxtla saat 15:00-da Papuanın paytaxtı Jayapuradakı Sentani aeroportundan havaya qalxıb.

Təyyarə bölgənin cənubundakı Oksibil şəhərinə gedirmiş.

Təyyarədə 44 böyük, 5 uşaq və bir körpə vardı. Qalanlar isə ekipaj üzvüdürlər.
İndoneziya rəsmiləri bildiriblər ki, təyyarə ilə əlaqə enişə 9 dəqiqə qalmış kəsilib.

XS
SM
MD
LG