Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:07

Rasimin 31 yaşı tamam olur


Rasim Əliyev
Rasim Əliyev

Qətlə yetirilmiş jurnalistin doğum günü onun 7 mərasiminə təsadüf edir

Avqustun 16-ı döyülərək öldürülən jurnalist Rasim Əliyevin doğum günüdür.

Bu gün onun 31 yaşı tamam olur. Doğmaları, həmkarları onun doğum gününü məzarı başında qeyd edib.

Doğum günü həm də jurnalistin 7 mərasiminə təsadüf edir.

Rasim Əliyev avqustun 8-də döyülmüşdü. Jurnlaist müsahibəsində "Qəbələ" futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən hədələndiyini və döyüldüyünü bildirmişdi.

Cavid Hüseynova qarşı "cinayəti bilib xəbər verməmə" maddəsi ilə ittiham irəli sürülüb
Cavid Hüseynova qarşı "cinayəti bilib xəbər verməmə" maddəsi ilə ittiham irəli sürülüb

Ağır bədən xəsarəti alan jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilmişdi. Avqustun 9-a keçən gecə Rasim Əliyevin səhhəti kəskin pisləşmişdi. Əməliyyat olunandan sonra vəfat etmişdi.

Prezident İlham Əliyev jurnalistin işini nəzarətə götürəndən sonra futbolçu Cavid Hüseynova qarşı "cinayəti bilib xəbər verməmə" maddəsi ilə ittiham irəli sürülüb.

Daha beş nəfər, o cümlədən idmançının qohumu Elşən İsmayılov həbs olunub.

Onlar CM-in 126.3 (qəsdən insan ölümünə səbəb olan ağır xəsarətlərin yetirilməsi) maddəsi ilə ittiham olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG