Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:44

Bu da məşhur «Pink Floyd»-un axırı


David Gilmour Frankfurtda çıxış edərkən (2006)
David Gilmour Frankfurtda çıxış edərkən (2006)

-

Bir çox pərəstişkarlarının çoxdan şübhələndikləri kimi «Pink Floyd» rəsmən qurtardı.

David Gilmour təsdiq edib ki, ötən il, 1994-dən bəri ilk dəfə olaraq «The Endless River» (Sonsuz axan çay) albomunun studiya yazılışı üçün bir araya gəldikdən sonra qrup bir daha toplaşmayacaq.

«Həvəsdir bəsdir. Mən 48 ildir ki, «Pink Floyd»da olmuşam. Doğrudur, lap əvvəldə bu illərin bir neçəsi Roger-lə (Waters) keçib…» – deyib Gilmour «Classic Music» dərgisinə müsahibədə.

Pink Floyd: Richard Wright, David Gilmour, Nick Mason (1972)
Pink Floyd: Richard Wright, David Gilmour, Nick Mason (1972)

«Bizim «oğlan çağımız» sayılan o illər musiqi baxımından 95 faiz məhsuldar idi. O illər şənlik və gülüşlə dolu idi. Mən qəti istəməzdim ki, bu uzun, birlikdə keçən ecazkar zamana 5 faiz təzə rəng qarışsın. Olan olub, keçən keçib. Həvəsdir bəsdir. Geriyə dönüb olanları təkrarlamağa çalışmaq saxtakarlıq olardı».

Gilmour-un BBC-yə ötən il verdiyi bəyanatlar da buna bənzər səslənir.

«Bu bizim verə biləcəyimiz sonuncu töhfədir» – demişdi Gilmour «The Endless River» albomunun təqdimatından sonra.

O bildirmişdi ki, «Pink Floyd»un 2008-ci ildə vəfat etmiş sintezatorçusu Rick Wright-sız çıxış etməsi düzgün olmazdı. Qrupun təsisçisi və əsas vokalçısı Syd Barrett 2006-cı ildə vəfat edib. O qrupu 1968-ci ildə tərk etmişdi.

«Mən qətiyyən geri dönmək istəmirəm…Mən «Pink Floyd»un bayrağı altında stadionlarda konsert vermək istəmirəm, - deyib Gilmour, - Mən nə etmək, necə etmək istədiyimin ixtiyarındayam. Əlbəttə, mən qəbul edirəm ki, «Pink Floyd» əfsanəsini yenidən görmək istəyən adamlar var. Amma, bağışlayın, mən bu məsuliyyətin altına girə bilmərəm».

Gilmour-un «Rattle That Lock» (O cəftəni taqqıldat) solo albomu sentyabrın 18-də çıxacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG