Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:36

Gəminin anbarında boğularaq öldülər


Miqrantların xilas olunması.
Miqrantların xilas olunması.

-

Aralıq dənizində azı 40 miqrant gəminin anbar hissəsində ölüb. Onların havasızlıqdan öldükləri ehtimal olunur.

İtaliya hərbi dəniz donanması avqustun 15-də ölümlərin olması faktını təsdiqləyib, amma əlavə detallar verməyib.

Deyilir ki, «Cigala Fulgosi» hərbi gəmisi xilasetmə əməliyyatı aparır və artıq bir çox insanlar xilas olunub.

Məlumatda bildirilir ki, gəmi Liviya sahillərindən 50 kilometr aralıda olub və 400 miqrant daşıyıb.

Avropa Birliyi avqustun 14-də bildirib ki, Avropa İkinci Dünya müharibəsindən sonra ən ağır qaçqın problemi ilə üzləşir.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ilin əvvəlindən 101 min 700 miqrant gəmilərlə İtaliyaya gəlib. 2 min 40 nəfər Aralıq dənizini keçərkən ölüb.

XS
SM
MD
LG