Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:56

Rusiya İrana S-300 göndərməyə hazırlaşır


S-300
S-300

-

Rusiya İrana uzaqmənzilli, «yer-hava» tipli S-300 raket sistemlərini göndərməyə hazırdır.

Bunu Rusiya xarici işlər nazirinin müavini avqustun 14-də bildirib. O, həmçinin deyib ki, Rusiya Tehrana qarşı sanksiyaların mümkün qədər tez götürülməsi üzərində çalışır.

Sergei Rybakov «Interfax»a bildirib ki, raket sistemi ilə İranı təchizat qərarı Rusiya prezidenti Vladimir Putin və parlamentin yuxarı palatası tərəfindən verilib. Hazırda daşınmanın texniki tərəfləri araşdırılır.

Rusiya İranın istəyi ilə raket əleyhinə sistemin modernizasiyası üçün müəyyən işlər görüb.

Rusiya İranın nüvə proqramından «tamamilə razıdır».Rybakov Moskvada jurnalistlərə belə deyib, əlavə edib ki, bu razılaşma ABŞ-la və ya onsuz icra olunacaq.

Rybakov-un şərhi ABŞ rəsmilərinin verdiyi bəyanatı təsdiq edir. Həmin bəyanatda deyilirdi ki, hətta Konqres İranla razılaşmanı təsdiqləməyib sanksiyaların yüngülləşdirilməsinə icazə verməsəydi belə, Rusiya bu planın önündə gedəcək və silah satışı da daxil olmaqla, İranla bütün səviyyələrdə ticarəti bərpa edəcəkdi.

XS
SM
MD
LG