Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:31

-

İraqın Baş naziri Haider al-Abadi hüquq-məhkəmə sistemində köklü islahatlar aparmaq göstərişi verib. Minlərlə iraqlı antikorrupsiya planını bayram etmək üçün küçələrə axışıb.

Ölkənin milli dini lideri deyib ki, məhkəmə sistemi növbəti hədəf olmalıdır. Parlament al-Abadi-nin radikal islahat proqramını yekdilliklə dəstəkləyib.

Sürətli islahat planından razı qalan iraqlılar avqustun 14-də küçələrdə bunu bayram ediblər. Nümayişçilər İraq bayraqları dalğalandırıb, bir çox siyasətçiləri tənqid edib, al-Abadini isə tərifləyiblər.

Al-Abadi-nin proqramı hökumətin bir çox pillələrində ixtisar nəzərdə tutur, sekta və partiyaların dövlət vəzifələrinə imtiyazlarını aradan götürür, korrupsiya araşdırmalarını gücləndirir, baş nazirə regional və əyalət rəhbərlərini hədəfə almaq səlahiyyəti verirdi. Amma məhkəmə sistemi proqramdan kənarda qalmışdı.

Al-Abadi-nin planı təsdiqlənəndən sonra İraqın ali şiə dini rəhbəri Ayətulla Ali-al-Sistani islahat prosesinin ən vacib tərkib hissəsi kimi məhkəmə sistemində islahatlara çağırıb. Sistani-nin bəyanatından bir neçə saat sonra al-Abadi hüquq-məhkəmə sisteminə hüququn hörmət və müstəqilliyini təmin etmək məqsədilə radikal ölçülər götürmək, korrupsiya ilə mübarizəyə cəlb olunmaq və əhali arasında ədalətlilik prinsipini möhkəmlətmək tapşırığı verib.

XS
SM
MD
LG