Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:30

Jurnalistlər İlqar Məmmədovla görüş tələb edir


Jurnalistlər həbsxananın qarşısında.
Jurnalistlər həbsxananın qarşısında.

-

Avqustun 15-də bir qrup jurnalist REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovla görüşmək üçün 2 saylı cəzaçəkmə müəssisəsinin qarşısına toplanıb.

JURNALİSTLƏR RƏİSLƏ GÖRÜŞDÜLƏR

Cəzaçəkmə müəssisəsinin rəis əvəzi Ədalət Cəbrayılzadə jurnalistlərlə görüşüb. O, İlqar Məmmədovun karsa salınması xəbərini təkzib edib. Məhbusla bağlı vəziyyətin normal olduğunu bildirib.

ətraflı az sonra

SİYASİ MƏHBUSLARA «ƏLAHİDDƏ MÜNASİBƏT»

Jurnalist Aynur İmranova AzadlıqRadiosuna deyib ki, artıq neçənci dəfədir 2 saylı cəzaçəkmə müəssisəsində siyasi məhbusların üzləşdiyi problemlər haqda müxtəlif xəbərlər yayılır: «İlqar Məmmədovun döyülməsi, Məmməd Əzimovla bağlı xəbərlər gəlir. Dünən İlqar Məmmədov bildirdi ki, onun həyatına təhlükə var, təhdid edilir. Bundan az sonra onun karsa salınması xəbəri çıxdı. Onun yaydığı bəyanatda rəis müavini tərəfindən təhqir edildiyi də vurğulanırdı. Ona görə də biz jurnalistlər bura - 2 saylı cəzaçəkmə müəssisəsinə gəlib rəhbərlikdən siyasi məhbuslara qarşı «əlahiddə münasibət»in, təzyiqlərin səbəbini öyrənməyə qərar verdik. Sənədlərimizi götürüblər. Bizə açıqlama verəcəklərinə söz veriblər».

İLQAR MƏMMƏDOVLA GÖRÜŞMƏK İSTƏYİRLƏR

Avqustun 15-də bir qrup jurnalist REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovla görüşmək üçün 2 saylı cəzaçəkmə müəssisəsinin qarşısına toplanıb. Onlar həbsxana rəhbərliyindən məhbusla bağlı məlumat almaq niyyətindədirlər.

Jurnalistlər bununla bağlı qurum rəhbərliyinə müraciət ediblər. Cəzaçəkmə müəssisəsindən deyiblər ki, hazırda nahar fasiləsidir, az sonra məlumat veriləcək.

Avqustun 14-də sosial şəbəkədə xəbər yayılıb ki, İlqar Məmmədov karsa – cəza kamerasına salınıb.

Penitensiar Xidmət bu xəbəri təkzib edib.

İlqar Məmmədovun vəkili Fuad Ağayevsə deyir ki, onlara daxil olan məlumata görə, İlqar Məmmədov ya karsa salınıb, ya da belə bir təhlükə ilə üzləşib.

İlqar Məmmədovun bir gün öncə yaydığı bəyanatda həbsxana rəhbərliyinin onu ölkə başçısının tapşırığı ilə hədələdiyini, həyatına təhlükə yarandığını bildirirdi.

İlqar Məmmədov 2013-cu il fevralın 4-dən həbsdədir. O, həmin il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələr zamanı həbs olunub, 7 il müddətinə azadlıqdan məhrum edilib.

2014-cü ilin mayında Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun azadlıq hüququnun və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Məhkəmənin qərarına əsasən, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə İlqar Məmmədova 22 min avro təzminat ödəməlidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG